RU
Məşhur idmançının qəzasının FOTOları yayıldı - VİDEO
13:40
520

Məşhur idmançının qəzasının FOTOları yayıldı - VİDEO

Dünyanın ən güclü və məşhur qadın tennisçilərindən biri, Uimbldon turnirinin beşqat qalibi Vinus Eboni Star Uilyamsın törətdiyi qəzanın indiyədək dərc olunmamış fotoları yayılıb.

7News.Az Daily Mail-ə istinadən bildirir ki, 38 yaşlı tennisçi qəzanı 2017-ci ilin iyunun 9-da, ABŞ-ın Florida ştatındakı Palm Biç Qardens şəhərində törətmişdi.

O, 2010-cu ilin istehsalı olan Toyota Sequoia avtomobilinin sükanı arxasında idi. V.Uilyams evindən çıxarkən 78 yaşlı Cerom Barsonun idarə etdiyi, 2016-ı il istehsalı olan Hyundai Accent avtomobili ilə toqquşmuşdu.

Qəzada ağır yaralanmış C.Barson iki həftə sonra hospitalda keçinmişdi.

 

İstintaqın nəticələrinə görə, qəzanın səbəbkarları C.Barson və V.Uilyams yox, həmin an yolda olmuş digər avtomobilin sürücüsü idi.

7News.Az

Məşhur idmançının qəzasının FOTOları yayıldı - VİDEO

Məşhur idmançının qəzasının FOTOları yayıldı - VİDEO
Məşhur idmançının qəzasının fotoları yayıldı

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ