RU
Məşhur kurort bölgəsində faciə -  8 nəfər ölüb, 34-ü yaralanıb
12:24
480

Məşhur kurort bölgəsində faciə - 8 nəfər ölüb, 34-ü yaralanıb

İndoneziyada iki kiçik adanı birləşdirən körpünün uçması nəticəsində azı 8 nəfər ölüb, 34-ü yaralanıb.

Hadisə məşhur kurort adası Balinin yaxınlığında baş verib. Bildirilir ki, dini mərasim iştirakçıları körpüdən keçərkən izdiham yaşanıb. Nəticədə motosiklet və piyadaların keçidi üçün nəzərdə tutulan konstruksiya ağırlığa tab gətirməyib.

Hadisədən dərhal sonra əraziyə cəlb edilən sahil-mühafizə xidmətinin əməkdaşları, 34 nəfəri xilas edə bilib. Hələ bir neçə nəfərin itkin düşdüyü güman edilir.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ