Britaniyalı Bill Qeyts kimi tanınan texnologiya sahibkarı Mayk Linçin 18 yaşlı qızı Hanna Linçin meyiti Siciliya adasının yaxınlığında tapılıb.
7NEWS.az xəbər verir ki, İtaliya yanğınsöndürmə briqadası Vigili del Fuoco Siciliya adasında batan yelkənli qayığın qalıqlarından 6-cı və sonuncu cəsədin çıxarıldığını açıqlayıb. Cəsədin texnologiya sahəsində sahibkar milyarder Mayk Linçin qızı Hanna Linçə məxsus olduğu bildirilib.
7NEWS.az








