RU
Məşhur milyarderin rüsvayçı VİDEOsu yayıldı - FOTO
18:00
676

Məşhur milyarderin rüsvayçı VİDEOsu yayıldı - FOTO

Britaniyanın ən məşhur iş adamlarından biri, 66 yaşlı milyarder ser Filipp Qrin böyük qalmaqala səbəb olub. The Sun qəzeti onun əməkdaşlarından biri olan qadını qucağına otuzdururaraq öpdüyü anların əks olunduğu videonu və milyarderin əxlaqsız davranışları barədə faktların yer aldığı araşdırmanı dərc edib.

7News.Az bildirir ki, ser Filipp Qrin populyar Arcadia Group holdinqinin sahibidir.

Holdinqə Topshop, Topman, Wallis, Evans, Miss Selfridge və Dorothy Perkins riteyl brendləri daxildir.

O, supermodel və dizayner Xloya Qrinin atasıdır.

Dərc olunmuş videoda qadını qucağına otuzdurmuş Qrin "Sən çox dəcəl, sözə baxmayan qızsan!" deyərək gülür, sonra əməkdaşını öpür. O, bu əməllərini kameraya baxaraq edir.

 

"Bu sözəbaxmayan qız sizə yox, mənə qulluq edəcək. Mənə uğurlar olsun!" - Qrin əməkdaşını sığallayaraq söyləyib.

Britaniya mediası Filipp Qrinin "ser" titulundan məhrum edilməsini istəyir.

7News.Az

Məşhur milyarderin rüsvayçı VİDEOsu yayıldı - FOTO

Məşhur milyarderin rüsvayçı VİDEOsu yayıldı - FOTO

Məşhur milyarderin rüsvayçı VİDEOsu yayıldı - FOTOMəşhur milyarderin rüsvayçı videosu yayıldı

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ