Məşhur türkiyəli müğənni Əmrah azərbaycanlı gənc ifaçılara dəstək olmaqda davam edir.
7News.Az-ın məlumatına görə, məşhur sənətçi, azərbaycanlı gənc müğənni Rüstəm Muradlının şəxsi instagram hesabında paylaşdığı ifasını öz profilində paylaşaraq təşəkkürlər bildirib.
Ən maraqlısı isə məşhur müğənni bu ifanı həyat yoldaşı Sibelin hesabından götürüb.
Qeyd edək ki, Əmrah bir müddət əvvəl də Rüstəm Muradlının ifasını yayımlamış və xoş sözlər yazmışdı.
Həmin ifanı təqdim edirik.









