Məşhur müğənni Songül Karlı ötən gün idman müəllimi ilə birlikdə Bebek parkında görüntülənib.
7News.Az big.az-a istinadən xəbər verir ki, çətin günlər keçirdiyini söyləyən ifaçı xanım eks əri Metin Yüncünün borclarına görə hər şeyini satıb:
"Uşağımın kompüterinə qədər hər şeyimizi əlimizdən aldılar və ən acınacaqlısı odur ki, övladım məktəbə gedəcək. Mənə ən pis təsir edən oğlumun gitarasına əl qoyulması idi. Bu yaşadıqlarımız normal deyil. Alışmağa çalışırıq".
7News.Az








