RU
Məşhur müğənninin qardaşı saxlanıldı
15:30
34

Məşhur müğənninin qardaşı saxlanıldı

İstanbul Anadolu Respublika Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq çərçivəsində Şile Bələdiyyəsinə dair yeni əməliyyat keçirilib.

İstanbul və İzmir şəhərlərində eyni vaxtda həyata keçirilən reydlərdə 18 nəfər barəsində saxlanılma qərarı icra olunub.

İstintaqın bələdiyyədə birbaşa satınalmalar, tikinti icazələri və istismar sənədlərində qanunsuzluq, həmçinin rüşvət müqabilində qanunsuz gəlir əldə edilməsi iddiaları ilə bağlı olduğu bildirilir.

Saxlanılanlar arasında müğənni Haluk Leventin qardaşı Berkant Acil də var.

Şübhəlilərin polis idarəsində dindirilməsinin davam etdiyi, istintaqın isə yeni sübutlar əsasında geniş şəkildə aparıldığı qeyd olunub.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ