Populyar amerikalı reper, müğənni Aziliya Benks çılpaq fotosunu İnstagram-dakı profilində paylaşıb.
Kamera qarşısına çılpaq keçən 26 yaşlı reper vücudunu qızılı yarpaqlarla bəzəmişdi.
Foto paylaşılandan sonra reper ələ salınıb, lağlağı obyekti olub.
Sosial şəbəkə istifadəçiləri onu amerikalı striptizçi və model Blək Çaynanın anası, 45 yaşlı Tokyo Toni ilə müqayisə ediblər.
"Toyko bundan daha gözəlmiş ki: halbuki Tokyonun 45 yaşı var", - bu, ən "yumşaq" tənqid olub.
A.Benks dünən bəyan edib ki, İspaniyanın İbisa kurortunda keiçrilən "Nervo Nation" festivalında çıxışını təxirə salıb.
O, Şimali Amerikada konesert turnesinə hazırlaşır. Oktyabrın 3-də Missuri ştatındakı Qrand Rapids şəhərində başlayacaq tur oktyabrın 31-də Kaliforniya ştatındakı San-Dieqo şəhərində başa çatacaq./milli
7news.Az









