RU
Məşhur qrossmeyster Viktor Korçnoy vəfat edib
23:00
1771

Məşhur qrossmeyster Viktor Korçnoy vəfat edib

Korçnoy şahmatda 1952-ci ildə SSRİ çempionatında debüt edib.

Məşhur sovet şahmatçısı Viktor Korçnoy 85 yaşında dünyasını dəyişib.

7news.Az xəbər verir ki, bu barədə məlumat Rusiya Şahmat Federasiyasının rəsmi saytında yerləşdirilib.

Korçnoy şahmatda 1952-ci ildə SSRİ çempionatında debüt edib və altıncı yeri tutub, 1956-cı ildə isə qrossmeyster adını alıb. 

Əfsanəvi şahmatçı 1960-cı ildə SSRİ çempionu olub. Bundan sonra o daha üç dəfə SSRİ birinciliyini qazanıb.

V.Korçnoy 1976-cı ildə İsveçrəyə mühacirət edib 1994-cü ildə bu ölkənin vətəndaşlığını alıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ