Amerikalı rok müğənnisi Meat Loaf Kanadanın Edmonton şəhərində verdiyi konsertdə başına iş gəlib.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı Jubilee konsert salonunda “İd Do Anything for Love” adlı mahnısını səsləndirib, lakin səhhəti pisləşib və yerə yıxılıb.
Loaf xəstəxanaya aparılıb, onun səhhəti barədə heç bir məlumat verilməyib.
Xatırladaq ki, bir neçə gün əvvəl sənətçi səhhətində yaranan problemlə əlaqədar Regina və Calgaridəki konsertlərini ləğv etmişdi.










