RU
Məşhur rok qrup Trampı təhqir etdi
13:50
428

Məşhur rok qrup Trampı təhqir etdi

ABŞ prezidenti Donald Tramp rəqiblərini məsxərəyə qoymaq məqsədilə demokratların onun konqresdəki çıxışına reaksiyasını əks etdirən videoyazı paylaşıb.

Videoyazıda popular "R.E.M” rok-qrupunun "Everybody Hurts” mahnısından istifadə olunub.  Halbuki adı çəkilən qrupun üzvləri Ağ Ev rəhbərinin qatı əleydarlarındandır .

Trampın tvitində onların mahnılarından fon musiqisi olaraq istifadə olunmasına görə qrupun üzvü Mayk Mils od püskürüb.

O ABŞ prezidentini təhqir edərək, "dünya lideri özünü axmaqlığa qoyur” ismarıcını paylaşıb.

Qrup üzvləri "bu yalançını təqib etməyə davam edin” deyə konqres və ABŞ KİV-nə səslənib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ