RU
Məşhur şirkətin əməkdaşı qəza törətdi
01:06
1687

Məşhur şirkətin əməkdaşı qəza törətdi

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

7news.Az "Report"a istinadən xəbər verir ki, H.Əliyev prospekti 109-un qarşısında Bakı şəhər sakini 52 yaşlı İbrahim Qədimov sürdüyü "Chevrolet" markalı avtomobilin idarəetməsini itirərək maşını işıq dirəyinə vurub.

Hadisə nəticəsində İ.Qədimov özü, arvadı - 47 yaşlı Aidə Zeynalova və oğlu - 12 yaşlı İsmayıl müxtəlif bədən xəsarətləri alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, qəzaya uğrayan "Chevrolet" markalı avtomobil "Performance Center" şirkətinə məxsusdur.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ