7News.Az zestradar.com-a istinadən oxuculara məşhur siyasətçilərin uşaqlıq şəkillərini təqdim edir.
1. Donald Tramp


ABŞ-ın 45-ci prezidenti Donald Tramp, gənc yaşlarında kino məktəbinə daxil olmağı xəyal edib, lakin biznesə olan maraq bu istəyi üstələyib və o, Pensilvaniya Universitetinin biznes məktəbinə daxil olub.
2. Kim Çen In


Şimali Koreyanın siyasi lideri Kim Çen In uşaqlıqdan böyük lider və hərbi tiran roluna hazır olub. Təyyarələri və gəmiləri sevən balaca diktator hətta uçuş məktəbini də bitirib.
3. Sergey Sobyanin

Moskva meri Sergey Sobyanin çalışqan və inadkar uşaq olub, məktəbdə nümunəvi şagirdlərdən sayılıb, universiteti isə fərqlənmə ilə bitirib.
4. Nursultan Nazarbayev

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev məktəb illərində idmanla maraqlanıb və kitab oxumağı çox sevib. O, sinifdə rahatlıqla ətrafındakıların rəğbətini qazanan lider olub.
5. Mixail Saakaşvili


Gürcüstanın 3-cü prezidenti Mixail Saakaşvili orta məktəbi qızıl medalla bitirib. İdmana - basketbol və üzgüçülüklə - məşğul olub. Onun həmçinin musiqi və xarici dillərə böyük həvəsi olub.
6. Yuliya Timoşenko


Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko məktəbdə əlaçı olmasa da, bədii gimnastika ilə peşəkar səviyyədə məşğul olub.
7. Vladimir Putin



Rusiyanın hazırkı prezidenti Vladimir Putin uşaqlıqdan döyüş sənətlərinə həvəsli olub. Lakin bu, onun məktəbdə yaxşı oxumasına mane olmayıb.
8. II Yelizaveta

Böyük Britaniya kraliçası II Yelizaveta evdə təhsil alıb. Fransız dilini müəllimsiz, özü öyrənib. Müharibə illərində təcili yardım maşınını sürüb və leytenant rütbəsinədək yüksəlib.
9. Vladimir Zelenski

Ukraynanın hazırkı prezidenti Vladimir Zelenski gənc yaşlarında ağır atletika, bal rəqsləri və piano dərsləri alıb.
10. Vitali Kliçko

Kiyevin hazırkı meri Vitali Kliçko, uşaq yaşlarından boksla məşğul olub və peşəkar döyüşlərdə iştirak edib.
11. Barak Obama


ABŞ-ın 44-cü Prezidenti Barak Obama, məktəb illərində basketbola həvəs göstərib. Daha sonra, pis "kruqa" düşərək, içkiyə qurşanıb, lakin bu asılılıqdan canını qurtara bilib.
12. Dalay Lama


Tibet hökumətinin keçmiş başçısı Dalay Lama çoxuşaqlı kasıb ailədə doğulub. Uşaqlıqdan hər il üç ay ard-arda meditasiya edib.
13. Hillari Klinton


ABŞ Demokratik Partiyasının nümayəndəsi Hillari Klinton müəllimlərin və sinif yoldaşlarının sevimlisi olub. O, hətta sinifin prezidenti olmaq üzrə olub, lakin başqa bir oğlana bu "vəzifəni" uduzub. Həmin uşaq balaca Hillariyə belə deyib: "Sən doğrudan da elə düşünürdün ki, bir qız sinifin prezidenti ola bilər?"
7News.Az








