Daniel Sanço ölüm cəzasından qurtulsa da, hələ də ömürlük həbs cəzası gözləyir.
7NEWS.az xəbər verir ki, Tayland məhkəməsi cümə axşamı məşhur ispan aktyor ailəsinin üzvü Daniel Sanço Bronçalonu qəsdən adam öldürməkdə təqsirli bilib və ömürlük həbs cəzasına məhkum edib. YouTuber kimi də məşhurlaşan 30 yaşlı Sanço Taylandın Koh şəhərində tətildə olarkən bədən hissələri tapıldıqdan sonra 44 yaşlı kolumbiyalı plastik cərrah Edvin Arrieta Arteaqanın qətlində əli olduğunu etiraf edib.
7NEWS.az








