7News.Az Axşam.az-a istinadən döymələri ilə yadda qalan məşhurların adlarını təqdim edir:

Ledi Qaqa - onun qolunda olan siçan şəklinin bacısına işarə olduğu bildirilir. Belə ki, siçanın əlindəki iynə onun tikişə olan həvəsini, aşağıdakı yazı isə "Natali" - adını göstərir.

Model Kara Deleving - bu yaxında ayağının altına "Made in England" (İngiltərəyə məxsus) sözlərini yazdırmaqla o ölkəyə aid olduğunu bildirib.

Emma Stoun - anasının xərçəng xəstəliyinə tutulmasından sonra qoluna bu döyməni etdirib. O, bununla xərçəngə qarşı olduğunu nümayiş etdirib.

Meqan Foks - aktrisanın kürəyində "Hamımız ulduzlu kəpənəklərə güləcəyik" sözləri yazılıb. Bu, yazıçı Villiam Şekspirin "Kral Lirin faciəsi" əsərindən bir cümlədir. Aktrisaya görə Hollivud filmlərinin ulduzu ola belə, hələ çox şey öyrənməlidir.

7News.Az








