Yeni il ərəfəsində sərnişinlər Bakı Metropolitenində sürprizlərlə qarşılacaqlar.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. O, bildirib ki, sərnişinlər bayram günlərində metroda Şaxta baba və Qar qızla qarşılaşacaqlar: “Bayram günlərində sərnişinlər, xüsusən də uşaqlar üçün maraqlı sürprizlər olacaq. Onlardan biri daha çox uşaqları sevindirəcək Şaxta baba və Qar qız sürprizidir. Amma onların nə vaxtdan metroda olacağı hələlik məlum deyil. Digər maraqlı tədbirlərimizi isə indidən açıqlamaq istəmirəm. Hələlik onlar sürpriz qalsın. Sərnişinlər hər zaman hazır olsunlar. Hər an maraqlı sürprizlərlə qarşılaşa bilərlər”.
Nəsimi Paşayev qeyd edib ki, Şaxta baba tanınmış biri olacaq: “Həmin şəxsin kimliyini indidən açıqlamaq istəmirəm. Sürpriz qalsın”./aznews
7news.az








