İngiltərənin "Nyukasl" klubunun uşaq və gənclər komandasının sabiq məşqçisi Corc Ormond uşaqlara qarşı seksual zorakılıqda ittiham olunur.
7news.Az komanda.az-a istinadən xəbər verir ki, Ormond 1973-1997-ci illər aralığında 36 azyaşlıya qarşı seksual zorakılıq hərəkətlərinə yol verib. Məlumata görə, o, uşaqları qorxudub ki, bu barədə kiməsə məlumat versələr, futbolçu karyeraları heç vaxt alınmayacaq.
Artıq məhkəmə araşdırmaları yekunlaşıb.
Məlumata görə, Ormondun günahı sübuta yetirilib. Məhkəmə bir həftə ərzində hökm çıxarmalıdır.
7news.Az








