RU
Messi qadın azərkeşi topla nokauta saldı
12:58
1467

Messi qadın azərkeşi topla nokauta saldı

Gənc qız huşunu itirib.

İspaniya çempionatının “Vilyareal” və “Barselona” klubları arsında keçirilən oyunuda xoşəgəlməz hadisə baş verib.

“Barselona”nın arqentinalı hücumçusu Lionel Messi diqqət mərkəzinə düşüb.

Futbolçunun uzaq məsafədən “Vilyareal”ın qapısına endirdiyi zərbədən sonra top qapının üstündən keçərək tribunalarda əyləşmiş qadın azərkeşlərdən birinin başına dəyib.

Zərbənin gücündən gənc qız huşunu itirib, ona stadiondakı tibb işçiləri yardım ediblər. Həkimlər bildiriblər ki, azərkeş ciddi zədə almayıb./oxu

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ