RU
14:27
994

"Messi qalmalı və dünya çempionu olmalıdır"

Diyeqo Maradona Messinin milli komandadan getməsinə münasibət bildirib. Amerika Kubokunun gedişində ulduz futbolçunun liderlik funksiyasını yerinə yetirə bilmədiyini söyləməklə gündəmə gələn futbol əfsanəsi bu dəfə ona dəstək verib.

Maradona Messinin qalmasını məqsədəuyğun hesab edib.

"Messi millidə qalmalıdır. O, Rusiyada keçiriləcək 2018-ci il mundialına getməli və orada çempion olmalıdır. Leo daha çox komandanı irəli aparmaqda ona kömək edən yoldaşlarına güvənməlidir. Ona getməyi məsləhət görən həmkarlarına yox. Messinin getməyini dəstəkləyənlər Argentina futbolunun nə duruma düşdüyünü sezdirmək istəməyənlərdir. Onun indiki vəziyyəti məni məyus edir. Argentina futbolu enişdədir".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ