RU
Məsut Özil 34 yaşında futbolla vidalaşıb
15:15
113

Məsut Özil 34 yaşında futbolla vidalaşıb


Peşəkar karyerasına 17 yaşında doğulub boya-başa çatdığı Almaniyada başlayan Məsut Özil 34 yaşında yaşıl meydanlarla vidalaşıb. 

7NEWS.az xəbər verir ki, futbol həyatı boyu 4 fərqli liqada 6 komandada forma geyinən Məsut vurduğu qollar və verdiyi ötürmələrlə dünya futbolunda adından söz etdirib. Ulduz futbolçu Almaniyada "Şalke 04" və "Verder Bremen", İspaniyada "Real Madrid", İngiltərədə "Arsenal" və Türkiyədə "Fənərbaxça" və "Medipol Başakşehir"də forma geyinib. 

Karyerasında cəmi 645 oyun keçirən Məsut 114 qol vurub, 222 məhsuldar ötürmə edib. Ulduz oyunçu Dünya Kuboku, İspaniya Liqası, İspaniya Kral Kuboku, İspaniya Super Kuboku, Almaniya Kuboku, 2 Community Shields və 4 FA Kubokunun qalibi olub. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ