7NEWS.az xəbər verir ki, İrlandiya Məlumatların Mühafizəsi Komissiyası tərəfindən Facebook-a rekord məbləğdə cərimə kəsilib. Komissiya, şirkətin Avropa Birliyi vətəndaşlarının məlumatlarını qorumaq üçün adekvat tədbirlər görmədiyinə diqqət çəkdi və META-ya 1,3 milyard dollar cərimə kəsdi. META-nın Avropa İttifaqının Ümumi Məlumatların Mühafizəsi Qaydasının məlumatların qorunması tələblərinə uyğun gəlmədiyinə qərar verdi. META şirkətindən verilən açıqlamada hökmün "ədalətsiz və lazımsız" olduğu və qərardan apellyasiya şikayəti veriləcəyi açıqlanıb. Açıqlamanın davamında Facebook-un məlumatlardan istifadəsinin Avropada xidmət göstərən minlərlə şirkətdən fərqli olmadığı və cəzalandırılan yeganə şirkət olduqları üçün məyus olduqları bildirilib.
7NEWS.az








