RU
Mətanət İsgəndərlinin qızı ikinci dəfə nişanı qaytardı
20:30
2428

Mətanət İsgəndərlinin qızı ikinci dəfə nişanı qaytardı

Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkər nişanını qaytarıb. Lent.az-ın məlumatına görə, buna səbəb əməkdar artistin qızının nişanlandığı bəylə xasiyyətlərinin uyğun gəlməməsi olub.

Məsələ ilə bağlı əməkdar artist M.İsgəndərli ilə əlaqə saxladıq. O isə mövzuya özünün yox, mətbuat katibi Zəminə Rüstəmovanın münasibət bildirəcəyini söylədi: "Bu suala mən yox, mətbuat katibim cavab verəcək".
Mətbuat katibi də xəbəri təsdiqlədi: "Mətanət xanımın qızı Ülkər nişanını qaytarıb. Səbəbsə xasiyyətlərinin uyğun gəlməməsi olub. Ülkər hazırda ailə qurmaq barədə düşünmür. Bütün diqqətini təhsilinə yönəldib".

Xatırladaq ki, M.İsgəndərlinin qızı Ülkərin nişanı 2013-ci il oktyabrın 30-da mediaya qapalı olmuşdu. Həmin vaxt əməkdar artistin qızının nişanına daxil olmaq istəyən media nümayəndələri restoranın qarşısında duran cangüdənlərin kobud rəftarı ilə üzləşmişdilər.

Qeyd edək ki, M.İsgəndərlinin qızı 2009-ci ildə də başqa bir bəylə nişanlı olub. O zaman isə M. İsgəndərli qızının nişanı qaytarması ilə bağlı bu sözləri demişdi: "Onları barışdırmaqdan hər iki valideynlər yorulub, qoy indidən yolların ayırsınlar, əgər bir-birlərini həqiqətən sevirlərsə, barışacaqlar"./milli.az

7news.az

Məqaləyə dair fotomateriallar:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ