“Azərbaycan futbolu üçün Banişevski kimdirsə, Azərbaycan idman jurnalistikası üçün də Şakir Yaqubov odur. Onun “Banişevski olduğu kimi” kitabını vərəqlədikcə həmkarlarımdan birinin tanınmış jurnalistlə bağlı söylədiyi bu fikrləri ilə razılaşmaya bilmirsən”.
7news.az xəbər verir ki, bu sözləri öz feysbuksəhifəsində Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə Şakir Yaqubovu onun evində ziyarət etdiklərini xatırladarkən belə vurğulayıb.
“Onunla birgə xatirələri təzələdik, jurnalistikamızın hazırkı durumu və sabahı ilə bağlı fikir mübadiləsi apardıq. Bir anlıq düşündüm ki, Şakir Yaqubov yalnız idman jurnalistidirmi? Əsla yox! Qələmindən müxtəlif mövzularda hələ də aktuallığını saxlayan, oxucuda maraq doğuran əsrarəngiz nümunələr çıxıb. Ən əsası isə Şakir müəllim bu gün də yazır, yaradır. 10-dan çox kitabın, monoqrafiyanın, çoxsaylı tərcümələrin müəllifi olan qocaman qələm sahibi yaradıcılıq dəst-xəttinə sadiqdir”.










