RU
Metro istifadəçilərinə xoş xəbər
09:52
594

Metro istifadəçilərinə xoş xəbər

"Elmlər Akademiyası" metrostansiyasının 1-ci vestibülündə təmir işləri başa çatmaq üzrədir. Yeni dərs ilinin başlanmasını və sərnişin sıxlığını nəzərə alaraq çalışırıq ki, sentyabrın 15-də "Elmlər Akademiyası" 1-ci vestibülünü istifadəyə verək”.


Bunu  "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. 

Qurum rəsmisi qeyd edib ki, stansiyada təmir işlərinin böyük hissəsi görülüb: "Əslində stansiyanın açılışı qrafik üzrə oktyabr ayının 10-na planlaşdırılmışdı. Sentyabrın 15-də yeni dərs ilinin başlamasını, xüsusilə də "Elmlər Akademiyası" stansiyasında sıxlıq yaranacağını nəzərə alaraq, yaxın günlərdə stansiyanın açılışı nəzərdə tutulur. Hazırda son tamamlama işləri görülür”. 

Qeyd edək ki, "Elmlər Akademiyası” stansiyasının I vestibülündə quraşdırılmış 3 ədəd ET-3 tipli eskalator istismar müddətini başa vurduğu üçün yeni, müasir eskalatorlarla əvəzlənir. Həmçinin stansiyanın I vestibülü təmir edilir./azvision.az

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ