7News.az-ın məlumatına görə, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev xəbər verib.
O, bildirib ki, metropolitenin stansiyalarında konsert proqramı dekabrın 30-da, saat 13:15-də başlayacaq. "Hər stansiyada 1,5 saat davam etməklə, öncə klassik, daha sonra xalq mahnıları ifa ediləcək" – deyə QSC rəsmisi bildirib.
Nəsimi Paşayev qeyd edib ki, metronun "28 May", "Elmlər Akademiyası", "İçəri şəhər" və bənövşəyi xəttin Memar Əcəmi" stansiyalarında" 4 gün - 30, 31 dekabr, 1 və 2 yanvar tarixlərində konsert proqramı keçiriləcək.//big.az
7News.az








