RU
Metroda cibgir tutuldu
11:11
835

Metroda cibgir tutuldu

Füzuli sakini qadının pul qabısını oğurlayıb.

Bakı Metropolitenində cibgirlik edən şəxs tutulub. 

Bu barədə 7News.Az-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, metronun “Sahil” stansiyasında Bakı şəhər sakini Flora İsgəndərovanın içərisində pul, şəxsiyyət vəsiqəsi və metro kartı olan pul qabını oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, 1988-ci il təvəllüdlü Rəşad Hüseynov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ