RU
Metroda cibgirlik edən keçmiş məhkum saxlanılıb
22:10
472

Metroda cibgirlik edən keçmiş məhkum saxlanılıb

Bakı metrosunda cibgirliklə məşğul olan şəxs tutulub.

7NEWS.Az xəbər verir ki, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da metronun Nəriman Nərimanov stansiyasında qatarda Bakı şəhər sakini N.Zeynalovanın cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ