Oktyabrın 7-də axşam saatlarında metronun "İçərişəhər" stansiyasında qatarda yaranan texniki nasazlıqdan sonra bu gün günorta saatlarında metronun "Nizami" stansiyasında da oxşar problem yaranıb.
Dərnəgül istiqamətində qatarın hərəkəti dayandırılıb və qatar boşaldılıb. Dünənki hadisədən sonra belə bir vəziyyətlə üzləşən sərnişinlər arasında ajiotaj yaranıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Cebhe.info-ya bildirib ki, buna qatarda nasazlığın yaranması səbəb olub: "Nizami" stansiyasında hərəkət edən qatarda nasazlıq meydana gəlib. "Buna görə qatarı "Nizami" stansiyasından depoya qaytarıblar. O qatar xətdən çıxarılıb, yerinə başqa qatar buraxılıb. Hazırda hər hansı problem yoxdur"./day
7news.az








