RU
Metroda dəhşət: qoca kişi hicablı qızı öldürmək istədi
12:34
10099

Metroda dəhşət: qoca kişi hicablı qızı öldürmək istədi

London metrosunda müsəlman qıza qarşı cinayət işlənib.

Yaşlı, qoca sərnişin platformada durmuş hicablı qıza qəflətən hücum çəkərək onu öldürmək istəyib.

Hadisə London metropoliteninin "Piccadilly Circus" stansiyasında baş verib.

Platformada qatarı gözləyən sərnişinlər arasında 16 yaşlı hicablı qız da vardı.
81 yaşlı Yesiyuki Şinohara adlı şəxs oturduğu skamyadan qəflətən durub, qızı itələyərək relslərin üzərinə yıxmağa çalışıb. Hicablı qızın başı perrona yan alaraq dayanmağa başlayan qatarın vaqonuna dəyib və o, platformaya yıxılıb.

Başından travma almış qız xəstəxanaya aparılıb, 81 yaşlı qoca həbs olunub./milli

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ