RU
Metroda gediş haqqı 50 qəpik olacaq
16:42
3397

Metroda gediş haqqı 50 qəpik olacaq

Azərbaycanda Tarif Şurasının verdiyi qərara əsasən, elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik olub. Bu qərardan sonra ölkədə metroda gediş haqqının artacağı ilə bağlı söz-söhbət yaranıb. İddia olunur ki, sentyabr ayından etibarən gediş haqqı 40-50 qəpik civarında müəyyən olunacaq.

İqtisadiyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, hazırda Tarif Şurasının gündəliyində metroda gediş haqqının artırılması ilə bağlı məsələ müzakirə olunmur.

Qeyd edək ki, Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev də gediş haqqının artırılması məsələsinə münasibət bildirib. O qeyd edib ki, qiymətləri Tarif Şurası tənzimləyir və hələlik qiymət artımı ilə bağlı onlar ərəfindən heç bir müraciət olunmayıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ