Hadisə Berlində baş verib
Metroda qatar gözləyən gənc qız qəfil hücuma məruz qalıb. Hadisə Almaniyanın paytaxtı Berlində baş verib. Naməlum şəxs gizlincə gənc qıza yaxınlaşıb və onun saçlarına od vurub. Hadisə təhlükəsizlik kameralarına əks olunub. 7News.Az xəbər verir ki, gənc qız yaralı halda xəstəxanaya çatdırılıb. Berlin polisindən verilən məlumata görə, bu, son günlər baş verən 2-ci oxşar hadisədir.








