Rusiyanın bəzi mətbuat orqanlarının yazdığına görə, terroru törədən kamikadze Rusiya vətəndaşı olan qırğızdır.
Bundan əvvəl isə təhlükəsizlik kamerasına düşən iki şübhəlinin görüntüsü yayılıb. Birinci şübhəlinin görüntülərində qırmızı gödəkçə geyinən eynəkli gəncin belində çanta ilə gəzməsi əks olunub.
İkinci şübhəli isə uzun saqqalı olan orta yaşlı kişidir. Lakin o, özü polis məntəqəsinə gələrək hadisə ilə əlaqəsinin olmadığını söyləyib.
Qeyd edək ki, dünən onun təhlükəsizlik kamerasına düşən görüntüsü "Ren TV"də "Sankt-Peterburqu qana bulayan terrorçunun fotosu" başlığı ilə yayılıb.
Teraktla bağlı araşdırma davam edir:
7News.az milli.az-a istinadən hadisə ilə bağlı dəhşətli görüntüləri təqdim edir:


























