RU
Metroda polislə sərnişin arasında dava düşdü
11:44
422

Metroda polislə sərnişin arasında dava düşdü

Gənclər polis otağına aparılıb.

Dünən axşam saat 21:10 radələrində Bakı Metropoliteninin “Koroğlu” stansiyasında polis işçiləri ilə sərnişinlər arasında qarşıdurma yaranıb.

Stansiyaya daxil olan iki gənc əvvəlcə polislə mübahisə edib.

Lakin mübahisə sonra ciddi qarşıdurma halını alıb.

Polisə müqavimət göstərən iki gəncin mübahisəsinə sərnişinlər də qoşulub. Stansiyaya daxil olan iki polis işçisi onları sakitləşdirib. Lakin buna baxmayaraq, tərəflər arasındakı mübahisə 10 dəqiqəyə qədər çəkib. Asayiş keşikçilərinə tabe olmayan gənclər isə polis otağına aparılıb.

Sərnişinlərin saytın əməkdaşına verdiyi məlumata görə, mübahisə gediş kartı üstündə yaranıb./publika

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ