Paytaxt polisi tərəfindən cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən şəxslərin müəyyən olunaraq tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri diqqət mərkəzindədir.
7News.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər BPİ-nin Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də metronun 28 may metrostansiyasında A.Ə-nın içərisində 80 manat və sənədlər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 55 yaşlı A.Niyazov tutulub.
Faktla bağlı şübhəli şəxs ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Onun digər analoji əməllərdə iştirakı istisna olunmur.
7News.Az








