Bakı metropolitenində qış qrafikinin tətbiqinə başlanılacaq.
7News.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, sentyabrın 15-dən qatarların hərəkət intervalı gur saatlarda 2 dəqiqəyə endiriləcək:

"Yay mövsümünün başa çatması, xüsusən yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı metropolitenində də sərnişin axınının get-gedə artması müşahidə olunur. Mövsümün tələbləri nəzərə alınaraq, sərnişindaşıma qabiliyyətini artırmaq, qatarlardan səmərəli istifadə etmək, həmçinin sərnişinə xidmət mədəniyyətinin səviyyəsini yüksəltmək məqsədilə metropolitendə bir sıra tədbirlər görülür. Onların arasında, ənənə üzrə, qatarların yeni hərəkət qrafikinin tətbiqi xüsusi yer tutur".
Şöbə rəisi qeyd edib ki, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, payız-qış mövsümünün tələbləri nəzərə alınaraq, sentyabrın 15-dən metropolitendə qatarların hərəkətinin yeniləşmiş qrafiklə tənzimlənməsinə keçiləcək:








