RU
Metronun yeni stansiyası 2018-ci ildə açılacaq
16:24
1481

Metronun yeni stansiyası 2018-ci ildə açılacaq

“Bənövşəyi xətt” üzrə növbəti stansiyanın tikintisi davam edir.

“Bakı Metropoliteni”nin yeni B-3 adlandırılan stansiyası 2018-ci ildə istifadəyə veriləcək. 

Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, “Bənövşəyi xətt” üzrə növbəti stansiyanın tikintisi davam etdirilir. 

Qurum rəsmisi bildirib ki, hazırda həmin xətt üzrə inşa edilən, hələlik B-3 adlandırılan stansiya Cəlil Məmmədquluzadə küçəsində, Silahlı Qüvvələrin Mərkəzi Hərbi Hospitalının qarşısındakı stansiyadır:

“Yeni stansiya “Atovağzal” və “Memar Əcəmi” stansiyalarının hərəkət etdiyi “Bənövşəyi xətt”in davamıdır”./oxu.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ