RU
“Metropark”da HƏYƏCANLI ANLAR: 6 yaşlı qızın barmağı qopdu
11:26
377

“Metropark”da HƏYƏCANLI ANLAR: 6 yaşlı qızın barmağı qopdu

Bakı şəhəri, Nərimanov rayonunda yeləşən "Metropark” ticarət mərkəzində bədbəxt hadisə baş verib.

Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, ticarət mərkəzində eskalatorla hərəkət edən 6 yaşlı A.B. adlı qız ağır xəsarət alıb.

Belə ki, 2010-cu il təvəllüdlü uşağın ayağı eskalatora ilişib və barmağının bir hissəsi qopub. Azyaşlı xəstəxanaya çatdırılıb, onun ayağının bir barmağı amputasiya olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.//report

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ