Bakı Metropoliteninin "Avtovağzal" stansiyasının keçidlərindən birinə su sızmasının qarşısını alınıb.
Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Qurum rəsmisi bildirib ki, su sımzası Beynəlxalq Avtovağzala gedən keçidlərdən birində olub:
“Su sızması tuneldə və ya stansiyada olmayıb. Tunelə sızma və yuxarıdan axma kimi heç bir qorxulu hal yoxdur. Əməkdaşlarımız dərhal əraziyə gələrək araşdırma aparıblar. Suyun mənbəyi tapılaraq su sızmasının qarşısl alınıb”./azvision.az
7News.Az








