Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Fəqani İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə F.İsmayılov 5 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Saray qəsəbəsində yaşayan, İmişli rayon sakini 1977-ci il təvəllüdlü F.İsmayılov 102 xidmətinə zəng edərək metroya bomba qoyacağını deyib. O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə təqsirəndirilir. Məhkəmə ifadəsi zamanı polisə zəng edərkən sərxoş olduğunu deyib.
7News.az







