Karib Dənizi hövzəsini təsiri altına alan "Metyu” qasırğası nəticəsində ümumilikdə 370-dən çox insan həlak olub.
7News.az-ın məlumatına görə, təkcə Haitidə 339 nəfər dünyasını dəyişib. Şiddətli qasırğa Dominikan Respublikası, Kolumbiya da tələfata yol açıb. Minlərlə yaralının olduğu qeyd olunur. Bildirilir ki, hazırda təbii fəlakət ABŞ sahillərinə çatmaq üzrədir. Yerli dairələr təhlükə səbəbiylə 2 milyondan çox sakini təxliyyə edib. 2500-ə qədər təyyarə reysi təxirə salınıb. Sürəti saatda 230 km-ə çatan qasırğa ilə əlaqədar 4 ştatda Corciya, Cənubi Karolina, Şimali Karolina və Florida ştatlarında fövqəladə vəziyyət elan edilib.
7News.az








