Son 4 gündə timsahların iki nəfəri parçalayaraq yedikləri çayda srağagün yoxa çıxmış adamın meyitini tapacağına söz verən şəxs həlak olub.
Onu timsahlar parçalayıblar.
Olay İndoneziyanın Şərqi Kalimantan bölgəsindəki Kutay-Kartaneqar rayonunda, Muara-Cava çayında yaşanıb.
İndoneziyalıların "pavanq buaya" dedikləri şaman Subrianto çayda yoxa çıxmış Arcuna adlı şəxsin meyitini tapacağını vəd etmişdi.
"Meyiti dua ilə tapacağam. Bu çaydakı bütün ruhlarla, o cümlədən timsahlarla danışa bilirəm" deyən şaman çaya düşüb.
O, suyun altında bir az qalandan sonra üzməyə başlayıb.
Bu zaman Subrianto qəflətən aşağı dartılıb və yoxa çıxıb.
Az sonra suda qan yayılmağa başlayıb.
Supriantonu timsahlar parçalamışdılar.
Hadisə yerinə çağırılmış polislər şaman Supriantonun parçalanmış cəsədini sudan çıxarıblar./milli
7news.Az
Videonu izləmək üçün şəklə klikləyin:










