RU
Meyitlərini qohumları aşkar edib - Qubadakı ailə faciəsinin təfərrüatı
13:10
21

Meyitlərini qohumları aşkar edib - Qubadakı ailə faciəsinin təfərrüatı

Ötən gün Qubada kişinin arvadını və özünü öldürdüyü hadisənin bəzi detalları üzə çıxıb.

Rayonun Zizik kəndində yaşayan Ağasiyevlər ailəsində əvvəllər də münaqişələrin olduğu bildirilib.

Dünən isə qətlə yetirilən Gülgəz Ağasiyevanın qohumları onunla əlaqə saxlaya bilmədikləri üçün saat 16 radələrində evinə gəliblər. Bu zaman 1970-ci il təvəllüdlü qadının əri tərəfindən qətlə yetirilməsi, daha sonra isə 60 yaşlı Ağasiyev Ceyhun İsmayıl oğlunun öz həyatına da son qoyması məlum olub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ