RU
Meyvə bağlarında xəstəlik yayılıb
17:06
1818

Meyvə bağlarında xəstəlik yayılıb

Göyçay rayonu ərazisində üzüm bağlarında mildium xəstəliyi yayılıb. Buna yaz aylarında havaların yağıntılı keçməsi səbəb olub.

Yağıntılar üzümün çiçəklərinin tozlanmasına və bağlarda aparılan dərmanlama işlərinin effektivliyinə də mənfi təsir edib. Hazırda tənəklərdəki ağadayı, ağşirə, keçi-məməsi, riş baba, bilağanı  üzüm sortları çürüyərək məhv olur.

"Hava şəraitinə görə bu il üzüm yoxdur. Çiçəklənmə dövründə yağıntılar hər gün intensiv olduğundan məhsul olmadı", - deyə bağban Asif İbrahimov bildirib.

Xurma, armud və heyva ağaclarına da xəstəlik düşüb. Ağaclarda olan meyvələr yetişmədən çürüyərək yerə tökülür. Fermerlərin xəstəliklərin qarşısını almaq üçün apardıqları mübarizə tədbirləri də nəticə verməyib. Ötən il 200 kiloqram meyvə yığılan bir ağacdan indi 40-50 kiloqram məhsul götürüləcəyi gözlənilir.  

Mütəxəssislər isə bildirirlər ki, üzüm tənəkləri ildə iki dəfə, meyvə ağacları isə 1 dəfə budanmalıdır. Budanma vaxtında aparılmadıqda havalandırma yaxşı olmur, yağan yağışlar bağlarda nəmişlik və rütubət  yaradır. Bu da ağaclarda xəstəliklərin yayılmasına gətirib çıxarır. "Havalanma olmadığı üçün bağlarda müəyyən xəstəliklər, əsasən də mildium xəstəliyi yayılıb ki, bu da müəyyən qədər gələcəkdə həm məhsula, həm də ağacın özünün inkişafı üçün bir qədər mənfi təsir göstərir", - deyə Famil Nəbiyev bildirib.

Qeyd edək ki, Göyçayla qonşu olan rayonlardakı üzüm və meyvə bağlarında da belə xəstəliklər müşahidə olunur./EL(REGION TV)

7News.Az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ