RU
Məzahir Pənahov: İdeal seçki keçirmək mümkün deyil
01:30
652

Məzahir Pənahov: İdeal seçki keçirmək mümkün deyil

“MSK hər bir şikayəti araşdırır”.

Dünyada ideal seçki keçirmək mümkün deyil. Çünki seçkidə milyonlarla insan iştirak edir.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

“Əgər kimsə deyirsə ki, pozuntuya görə hansısa seçki dairəsinin nəticələri ləğv olunmalıdır, bu, qərəzli yanaşmadır. Seçki prosesində xırda pozuntular baş verə bilər. Amma bu, o demək deyil ki, nəticələr ləğv olunmalıdır. MSK hər bir şikayəti araşdırır, müxtəlif mövqeləri nəzərə alır”, - MSK sədri vurğulayıb./Report

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ