Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib.
7News.Az-ın məlumatına görə, iclasda təşkilatı məsələlərə - MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılıb.
İclasda Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov və Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev də iştirak edib.
Məzahir Pənahov yenidən MSK sədri seçilib. M. Pənahov ona göstərilən etimada görə, komissiya üzvlərinə təşəkkür edib.








