İstanbul şəhərində trajikomik hadisə yaşanıb. 16 yaşlı suriyalı qaçqın qızıl diş oğurlamaq üçün məzarlardan birini qazaraq içəri daxil olub. Lakin gəncin qazdığı yer çöküb və 16 yaşlı suriyalı çətin vəziyyətə düşüb.
Hadisə yerinin yaxınlığndan keçən polis isə məzarlıqdan qəribə səslər eşidib. Məzarın yanına gələn polis, kənarda paltarların olduğunu görüb və məzardan səslərin gəldiyini eşidib. Kömək çağıran polis, ilk öncə nə baş verdiyini anlamayıb. Daha sonra məlum olub ki, 16 yaşlı suriyalı oğurluq məqsədi ilə məzara girib, amma çətin vəziyyətlə qarşılaşıb./bizimyol
7news.az








