Bakıda məzuniyyətə gələn əsgər avtomobil qaçırıb və qəza törədib.
Şəkidə N saylı hərbi hissələrdən birində xidmət edən Ceyhun Təhməzov maşın qaçıraraq qəza törədib.
Maşının sahibi Bakı sakini 1989-cu il təvəllüdlü Ceyhun Muradov bu barədə polisə məlumat verib.
O bildirib ki, Lerik rayon sakini Ceyhun Təhməzov Sulutəpədə yerləşən çayxanadan onun maşının açarını oğurlayaraq maşını qaçırıb.
C.Təhməzov qaçırdığı Mercedes markalı 90 NK 179 nömrəli avtomobili qəsəbə ərazisində qəza törədib. /musavat
7news.az








