RU
Möhkəm ol, mətin ol Azərbaycan əsgəri
17:36
1502

Möhkəm ol, mətin ol Azərbaycan əsgəri

Hər birimiz əsgər, hər birimiz düşmənə göz dağıyıq. Salam olsun ürəyində Vətən sevgisi olana, əli silah tutana, ağlında torpaqlarımızı azad etmək düşüncəsi olana, Salam olsun Azərbaycan əsgərinə.

Bu cümlələri oxuyan hər kəsin özünə pay götürdüyünə əminəm. İstər kişi, istər qadın, istər qoca, istərsə də uşaq...

Səngərdə, döyüş növbəsində dayanan əsgər tək deyilsən, yanında döyüş yoldaşların, arxanda qəlbi Vətən eşqi ilə alovlanan milyonlarca Azərbaycan oğlu- əsgəri var. Bu gün sən səngərdə keşik çəkərkən, kəndində, el-obanda, ən əsası sənin böyüyüb-başa çatdığın Azərbaycanda, oğullar böyüyür. Böyüyür ki, haqq-hesab günü sənlə çiyin-çiyinə dayansın. Səndən əvvəl xidməti bitirənlərdə var. Onlarda səninlədi. Hər kəs Sənin kimi irəli əmrini gözləyir. Möhkəm ol, mətin ol. Qələbə bizimlədir. Azərbaycan Vətəni, Vətən torpağını anası bilən hər kəsin bir amalı, hər kəsin bir qisası var. Amalımız torpaqlarımızı azda etmək, qisasımız Vətən uğrunda şəhid olanlarımızın qanına qarşı qan, canına qarşı can almaqdır.

Vətən məni yetişdirib, bu ellərə yolladı
Bu torpağa qurban deyib, Allaha ismarladı
Boş oturma çalış vuruş, xidmət eylə Vətənə
Südüm sənə halal olmaz, sən baş əysən düşmənə.

Hər bir əsgərin dillər əzbəridi bu misralar. Vətən əsgəri bu misraları dərindən dərk, hər misrasına həyat fəlsəfən kimi əməl et. Çünki səni yetişdirən torpağın tələbidir bu.
Millət, xalq olaraq humanist və sülhsevərik. Ökə Prezidenti, Ali Baş Komandan İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, sülhün tərəfdarıyıq. Lazım gələrsə müharibə yolu ilə torpaqlarımızı azad edəcəyik.
Sülh bərqərar olmazsa canını, qanını Vətən uğrunda verməkdən çəkinməyən biz əsgərlər torpaq uğrunda şəhid olmağa hazır olamlıyıq. Mən əsgər, sən əsgər, o əsgər torpaqlarımızı azad et əmri gələrsə qarşımızda kim duracaq? Qorxaq ermənimi, yoxsa onun havadarlarımı?

Döyüş postlarından birində olarkən Vətəni müdafiə edən, əli tətikdə gözü nişangahda olan əsgər Seymur İbrahimovun dediyi sözləri bu məktubu oxuyanlara çatdırmağı borc bilirəm.
-“Sözüm erməni dünyaya gətirən, erməni analarınadır. Çəkin övladlarınızı qarşımızdan. Çünki hücum əmri verilərsə daş üstündə daş, baş üstündə baş qoymayacağıq. Ey erməni anası, övladsız, gözü yaşlı qalmaq istəmirsənsə övladını al və çəkil qarşımdan. Hər birimizin ata-baba torpaqlarımızı azad etmək üçün qarşımıza çıxan hər maneəni məhv edəcəyik. Bu sənin övladın olsa belə...”
Bilirəm mən də daxil olmaqla hər birimiz üçün ən uca zirvədi şəhidlik. Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirik hücuma keçmək üçün. Bu yerdə Mustafa Kamal Atatürk 1918-ci ildə Çanaqqala savaşı zamanı söylədiyi “Mən sizə hücuma keçməyi yox, ölməyi əmr edirəm!” ifadəsini xatırlayıram. Hansı ki, bu sözlərlə əsgərlərini motivasiya edərək hərb tarixinin ən gözəl zəfərlərindən birinə imza atmışdı.
Prezident İlham Əliyev çıxışlarının birində "Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, Azərbaycan bayrağı Şuşada, Xankəndidə, Dağlıq Qarabağda dalğalanacaqdır"  sözlərindən ilham alaraq hərb tarixində bir zəfərə də bizlər imza ataq.

Əziz əsgərlər hücuma keçmək, ölmək yox, öldürmək olsun qismətimiz. Hər birimizə Qarabağda, Zəngilanda, Şuşada, Kəlbəcərdə və digər işğalda olan torpaqlarımızda dalğalandırılacaq bayraq ətrafında toplaşmağın nəsib olmasını, bu xoşbəxtliyi yaşamağı arzu edirəm.

Ceyhun Cəfərli
Yazı “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti”nin “Əsgərə məktublar” müsabiqəsinə təqdim olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ