Son zamanların ən çox danışılan şirkətlərindən biri olan "Microsoft", "Bosch" ilə mühüm əməkdaşlığa girir.
7NEWS.az xəbər verir ki, süni intellekt investisiyaları ilə gündəmdə qalan "Microsoft" bu dəfə "Bosch" ilə uzunmüddətli əməkdaşlıq müqaviləsi imzaladı. Razılaşmaya əsasən, iki şirkət sürücüsüz avtomobillərdə süni intellekt dəstəyinin əhatə dairəsini genişləndirmək üçün birlikdə çalışacaq. Beləliklə, sürücülük təhlükəsizliyinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması gözlənilir.
7NEWS.az








