“Microsoft”un bu yaxınlarda keçirdiyi “Game Developers Conference” (GDC) tədbirində rəqqasə qızların çıxış etməsi şirkətin başını ağrıdıb.
7News.az-ın “Business İnsider”a istinadən verdiyi məlumata görə, tədbirin əvvəlində hər şey normal gedib. Lakin bir qədər sonra rəqqasə qızların səhnəyə çıxması atmosferi dəyişdirib. İştirakçılar “Twitter” və “Instagram” vasitəsilə bu görüntüləri paylaşaraq ciddi bir tədbirə rəqqasələrin dəvət olunmasını anlamadıqlarını bildiriblər. Olayın böyüməsindən sonra tədbirin təşkilatçısı olan “Xbox”un rəhbəri Fil Spenser səhvə yol verdiklərini etiraf edib və bir daha bu halın təkrarlanmayacağını bildirib.
Rəqqasə qızların sosial mediaya yüklənən fotoları bir qədər sonra silinib.










